BAKI, 12 may. TELEQRAF

“Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı qərar verib və bu iqtisadi blokun tamhüquqlu üzvü olaraq qalır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Simonyan Ermənistanın Avropa İttifaqı (Aİ) və AİB-ə üzvlüyü ilə bağlı qeyri-müəyyən vəziyyətdə olması ilə bağlı suala qəzəblə cavab verib:

“Sizcə, Ermənistan niyə qeyri-müəyyən vəziyyətdədir, siz xarici işlər nazirisiniz? Ermənistan qəti vəziyyətdədir. Ermənistan bütün öhdəlikləri və hüquqları ilə AİB-nin tamhüquqlu üzvüdür və çıxmaq barədə heç bir söhbət yoxdur”.

Jurnalistin mayın 28-29-da Astanada keçiriləcək AİB sammitində Ermənistanın iqtisadi blokdan çıxarılması məsələsi qaldırılarsa, İrəvanın nə edəcəyi barədə sualına Simonyan təşkilat daxilində bütün qərarların konsensus yolu ilə qəbul edildiyini vurğulayıb. Spiker Ermənistan hakimiyyətinin AİB-dən çıxmaq niyyətində və bu məsələnin onların gündəliyində olmadığını bir daha qeyd edib: “Çay fincanında fırtına qoparmağa ehtiyac yoxdur”.

Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, İrəvan Aİ və ya AİB-ə üzvlük məsələsinə mümkün qədər tez qərar verməlidir, onda “ağıllı boşanma” mümkün olacaq.