BAKI, 11 may. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) 28-29 may tarixlərində Astanda keçiriləcək sammitində iştirak etməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, baş nazir bunun səbəbini seçki kampaniyası ilə əlaqələndirib.

“Srağa gün əvvəl Qazaxıstan Prezidentinə zəng edərək iştirak edə bilməyəcəyimi, məzuniyyətdə olduğumu bildirdim. Ayın 28-də məzuniyyətdə olmasam da, hərbi parad olacaq. Baş nazirin müavini Mqer Qriqoryan tədbirdə iştirak edəcək”, - Paşinyan bildirib.