BAKI, 7 may. TELEQRAF

Gürcüstan xarici işlər naziri Maka Boçorişvili NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi səfir Kevin Hamiltonla görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə NATO-Gürcüstan münasibətlərinin gündəliyi müzakirə olunub.

Söhbət zamanı alyansla siyasi dialoqun və praktik əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib. NATO-nun Gürcüstanın müdafiəsinin gücləndirilməsinə dəstəyi vurğulanıb.

Regiondakı təhlükəsizlik mühiti, qlobal çağırışlar və Gürcüstan üçün sülh və sabitliyin əhəmiyyəti ətrafında da fikir mübadiləsi aparılıb. Müzakirə zamanı həmçinin Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə də toxunulub.