BAKI, 7 may. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə Günü Paradında iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

Paşinyan qeyd edib ki, Ermənistanda seçki kampaniyasının başlaması səbəbindən Moskvada keçiriləcək paradda iştirak edə bilməyəcəyi barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bundan əvvəl Baş nazirin Qələbə Paradında iştirak üçün Moskvaya dəvət edildiyini açıqlamışdı.