BAKI, 30 aprel. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçiriləcək sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib.
Teleqraf xəbər verir ki, bu barədə BBC-nin Türkiyə xidməti məlumat yayıb.
“Türkiyə tərəfi hələlik Prezident Ərdoğanın İrəvana mümkün səfəri ilə bağlı rəsmi açıqlama verməyib. Avropa İttifaqı nümayəndələri bildiriblər ki, iştirakçıların son siyahısı hələ dəqiqləşdirilir.
Türkiyə Prezidenti Praqa, Budapeşt və Tirana sammitlərində iştirak etsə də, bir sıra görüşləri (İspaniya, Moldova, Böyük Britaniya, Danimarka) buraxıb. Mövcud qaydalara görə, Ərdoğan İrəvana gəlməsə, Türkiyə nazirlik və ya digər aşağı səviyyədə təmsil oluna bilməz”, - mənbə qeyd edib.
Ermənistan hökuməti Türkiyə Prezidentini Avropa Siyasi Birliyinin sammitinə dəvət edib.