BAKI, 28 aprel. TELEQRAF

“Ermənistanın hazırkı iqtisadi vəziyyəti xarici amillər, xüsusən də Ukrayna ilə müharibə kontekstində Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən qorunub saxlanılır, amma nəyinsə idxalı, nəyinsə Rusiyaya yenidən satılması və sair ölkənin istehsal gücünü artırmayıb”.

Teleqraf xəbər verir ki, bunu “Ermənistan” blokunun baş nazirliyə namizədi, keçmiş prezident Robert Köçəryan deyib.

“Rusiya sanksiyalardan azad olan gün Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək, çöküş baş verəcək. Bu, şübhəsizdir”, - o qeyd edib.

Köçəryan hesab edir ki, belə bir ssenarinin qarşısını almaq üçün iqtisadiyyatın davamlı inkişafı üçün möhkəm təməllər yaratmaq lazımdır.