BAKI, 9 aprel. TELEQRAF
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Mərkəzi Seçki Komissiyasına baş çəkərək, iyunun 7-nə təyin olunmuş parlament seçkilərinə hazırlıq işlərini nəzərdən keçirib.
Teleqraf xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat verib.
“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin və səfirliyin birinci katibi Aleksandr Malışev aprelin 9-da Ermənistan Mərkəzi Seçki Komissiyasında olub. Qonaqları Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan qəbul edib. Səfir qarşıdan gələn milli seçkilərə hazırlıq işlərinin gedişi ilə maraqlanıb”, - məlumatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bundan əvvəl söyləmişdi ki, Moskva rusiyapərəst qüvvələrin Ermənistandakı parlament seçkilərində sərbəst şəkildə iştirak edə biləcəyini gözləyir.