BAKI, 6 aprel. TELEQRAF

“Müharibə zamanı ölən bəzi hərbçilərin qohumları hələ də onların meyitlərini morqlardan götürməyiblər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan deyib.

Komitə rəhbərinin sözlərinə görə, onların şəxsiyyətləri DNT testi ilə təsdiqlənib, amma ailələr meyitləri qəbul etməkdən imtina edirlər.

“İstintaq Komitəsi əməliyyat-axtarış tədbirləri çərçivəsində xeyli iş aparıb. Hüquqi varislərə ölüm və itkin düşmə yerləri göstərilib”, - Köçəryan qeyd edib.