BAKI, 25 mart. TELEQRAF
“Robert Köçəryan iddia edir ki, onlar seçilsələr, müharibə olmayacaq. Amma aydındır ki, yalan danışır, seçilmək ehtimalı fonunda müharibəyə hazırlaşır. Cəhd edin, siz bu fikirlə seçilsəniz, biz də İrəvanda olacağıq”.
Teleqraf xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.
“Köçəryan müharibə siyasətçisidir. Onun bütün siyasi fəaliyyəti dövlətin inkişafı ilə deyil, cəmiyyəti münaqişə ilə və “düşmən obrazı” üzərindən səfərbər etməklə bağlıdır.
Müharibə üzərində siyasi olaraq yetişmiş qüvvələrin hakimiyyətə qayıtması demək olar ki, həmişə gərginliyin artması ilə nəticələnir. Çünki onların siyasi legitimliyi iqtisadiyyat və inkişafa yox, münaqişəyə əsaslanır. Onlara cəmiyyətə niyə iqtisadiyyatın olmadığı, niyə kənara köçün olduğu və niyə ölkənin daim təhlükə rejimində yaşadığını izah etmək üçün münaqişə lazımdır.

Buna görə də əsas sual müharibənin qəsdən olub-olmayacağı ilə bağlı deyil. Əsas sual budur ki, müharibə siyasətçiləri hakimiyyətə gələndə gec-tez ölkə yenidən müharibəyə sürüklənir, çünki onların bütün siyasi məntiqi məhz buna aparır”, - ekspert vurğulayıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.