BAKI, 16 mart. TELEQRAF

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadzeni korrupsiyada təqsirli bilib və 10 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf xəbər verir ki, məhkəmə həmçinin Mikautadzenin İspaniyadakı evi, Tbilisi yaxınlığındakı Tserovani kəndindəki evi, avtomobilləri və Naxiduri Su Elektrik Stansiyasındakı 15 faizlik payının müsadirə edilməsi barədə qərar verib.

Mikautadze 2025-ci ilin iyun ayında həbs edilib. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin “Vəzifə səlahiyyətlərindən sui-istifadə”, “Sahibkarlıq fəaliyyətində qanunsuz iştirak” və “Çirkli pulların yuyulması” maddələri ilə cinayət işi açılıb.