BAKI, 10 mart. TELEQRAF

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi ölkənin keçmiş prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın saxlanılması barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumdan yerli KİV-ə məlumat verilib.

İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində Aleksandr Sərkisyan külli miqdarda mənimsəmədə ittiham olunur.

Hazırda Aleksandr Sərkisyanın ölkədə olmadığı bildirilib.