BAKI, 9 mart. TELEQRAF
“Gürcüstan müxalifəti Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin ləğvi üzərində işləyir”.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze deyib.
“Bu insanların (müxalifət nümayəndələrinin – red.) Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə gediş-gəlişini məhdudlaşdırmaq üzərində işlədiyini istisna etmirəm. Onlar ölkənin düşmənləridir, Gürcüstan xalqı və ölkəyə zərər vermək üçün əllərindən gələni edirlər”, - Kaladze vurğulayıb.
Tbilisi meri qeyd edib ki, müxalifət bundan əvvəl Gürcüstana qarşı sanksiyaların tətbiqinin təmin olunması üçün çalışıb.