BAKI, 6 mart. TELEQRAF

“İsrail/ABŞ-İran müharibəsi bir neçə ay davam edəcək”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi analitik Edqar Arakelyan deyib.

Ekspertin fikrincə, baş verənlərin məqsədlərindən biri İranın mövcud rejimini devirməkdir.

Arakelyan “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədri Xaçik Asryanın 5000 nəfərlə İrana köməyə hazır olduğu barədə açıqlamasını da şərh edib: “Qoluna şevron vuran Ermənistana qarşı bəyanatlar verir. Onlar Ermənistandan başqa bütün ölkələr uğrunda ölməyə hazırdırlar”.

Müxalifəti xəyanətdə ittiham edən ekspert əlavə edib ki, onlar Ermənistanın Rusiya və İranla münasibətlərini gərginləşdirmək istəyirlər.

Keçmiş prezident Serj Sərkisyanın “Respublikaçı” Partiyasının Baş nazir Nikol Paşinyana yönəlik impiçment təşəbbüsünü isə Arakelyan “siyasi yumor” adlandırıb.