BAKI, 24 fevral. TELEQRAF
Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Qazaxıstanın İrəvandakı səfiri Bolat İmanbayev ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Artur Poqosyan bildirib ki, iki ölkənin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq çərçivəsində bir-birinə göndərilən hüquqi sorğular lazımi qaydada yerinə yetirilir.
Tərəflər birgə səylər vasitəsilə Ermənistan və Qazaxıstan ərazilərində başlanan cinayət işlərində, transmilli cinayətkarlıq, korrupsiya və iqtisadi cinayətlərə, eləcə də informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə qarşı mübarizədə beynəlxalq hüquqi əməkdaşlığı daha effektiv edə biləcəklərini qeyd ediblər.