BAKI, 13 fevral. TELEQRAF
Gürcüstanda xarici vətəndaşların əmək fəaliyyəti martın 1-dən etibarən qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bu, həm ölkə iqtisadiyyatı, həm də vətəndaşlarımızın maraqlarını lazımi şəkildə qorumağa imkan verəcək”.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazir deyib ki, hökumət bu qanunun effektiv icrasına görə tam məsuliyyəti öz üzərinə götürür.
“2017-ci ildə məhz bizim hakimiyyət Gürcüstan Konstitusiyasına dəyişiklik etdi və bununla da xarici vətəndaşlara kənd təsərrüfatı təyinatlı torpaqların verilməsi qadağan olundu. Gürcüstanın milli və dini kimliyinin qorunub saxlanılması bizim əsas milli vəzifələrimizdən biridir və bu məqsədlə Gürcüstan hakimiyyəti əlindən gələni edəcək”, - İrakli Kobaxidze vurğulayıb.