BAKI, 9 fevral. TELEQRAF
ABŞ administrasiyası Gürcüstanla münasibətlərin bərpası və strateji əlaqələrin yeni müstəviyə keçirilməsi məqsədilə xüsusi texniki qrup hazırlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İtaliyanın Milan şəhərində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə keçirdiyi görüşün yekunlarına dair açıqlamasında bildirib.
Görüş zamanı tərəflər iki ölkə arasındakı mövcud vəziyyəti və əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. M. Kavelaşvilinin sözlərinə görə, ABŞ tərəfi münasibətlərin "təmiz səhifədən" başlanması üçün texniki heyətin formalaşdırılmasına hazır olduğunu təsdiqləyib.