BAKI, 6 fevral. TELEQRAF

“Salome Zurabişvili özünü Gürcüstan prezidenti sayan adi fırıldaqçıdır. Gülməli vəziyyətdir, bəlkə də bütün bunlar keçdikdən sonra bu haqda film çəkmək olar”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spikerin sözlərinə görə, Avropa İttifaqında hələ də Salome Zurabişvilini Gürcüstan prezidenti hesab edirlər:

“Salome Zurabişvili hələ də özünü prezident sayan biridir, öz standartları ilə hərəkət edir. Bilmirəm, bunu xaricə necə aparır, bəlkə qatlayıb cibində daşıyır? Bu standartla dolaşır, adi fırıldaqçıdır, getdiyi hər yerdə özünü Gürcüstan prezidenti kimi təqdim edir. Gülməli vəziyyətdir. Bəlkə, bütün bunlar keçəndən sonra bu haqda film də çəkmək olar”.

Papuaşvili qeyd edib ki, burada söhbət təkcə absurddan yox, həm də psixoloji durumdan gedir:

“Halına gülmək lazımdır, amma necə güləsən, bizim də üzv olmaq istədiyimiz Avropa ailəsində də elə insanlar var ki, deyirlər: Gürcüstanın əsl prezidenti odur. Buna ya Hollivud, ya da Bolivud filmi yaraşardı”.