BAKI, 3 fevral. TELEQRAF
“Düşünürəm ki, bu variant mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan mümkün seçki blokunda iştirak variantını müzakirə edib-etmədikləri barədə suala cavab olaraq bildirib.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bundan əvvəl seçkilərdə böyük müxalifət bloku yaratmaq ehtimalını açıqlamışdı.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.