BAKI, 27 yanvar. TELEQRAF
Azərbaycandan Ermənistana benzin və taxılın idxalına paralel olaraq, şəkər idxalı məsələsi ilə bağlı da danışıqlar və işlər aparılır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, bu məsələyə hakimiyyətin “sevimli oliqarx”ı, şəkər idxalının monopolisti Samvel Aleksanyan maraq göstərir, yaxın gələcəkdə onun bu növbəti istəyi də gerçəkləşəcək.
Azərbaycan vasitəsilə idxal edən şirkət də Samvel Aleksanyana məxsusdur. Benzin idxalçıları arasında isə iş adamının həyat yoldaşının qardaşı Samvel Mkrtçyana məxsus şirkət də yer alır”, - nəşr yazıb.