BAKI, 26 yanvar. TELEQRAF

Azərbaycan 2025-ci ildə Ermənistana 788,8 min dollar dəyərində yanacaq ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qurum xatırladıb ki, 2025-ci il dekabrın 18-də Azərbaycandan Ermənistana avtomobillər üçün 1220 ton Aİ-95 yanacağı çatdırılıb.