BAKI, 23 yanvar. TELEQRAF
Sünik vilayətində güclü qar fırtınası səbəbindən Ermənistan-İran magistral yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın nəqliyyat qurumu məlumat yayıb.
Bildirilib ki, görmə sıfır olduğuna və təhlükəsizlik səbəblərinə görə, Noravan kəndi yaxınlığındakı kəsişmədən Gorus-Tatev istiqamətində Şinuayr kəsişməsinə qədər olan hissələr bağlanıb. İran sərhədinə alternativ yol - Noravan-Ltsen-Tatev də bağlıdır.