BAKI, 20 yanvar. TELEQRAF

“2026-cı ildə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi, ikitərəfli ticari-iqtisadi təşəbbüslər, cəmiyyətlərarası dialoq, humanitar və digər sahələrdə irəliləyiş müşahidə olunacaq”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin illik hesabatında deyilir.

“Regionda kommunikasiyaların açılması baş versə belə, yüksək ehtimalla artıq başlanmış proseslərdə irəliləyiş davam edəcək və Ermənistanın qonşularla ikitərəfli əlaqələri bölgədə daha genişmiqyaslı iqtisadi layihələrin həyata keçirilməsini təşviq edəcək”, - hesabatda qeyd olunur.