BAKI, 20 yanvar. TELEQRAF
2026-cı ildə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü dondurulmuş vəziyyətdən çıxmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin illik hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Ermənistanın bu təşkilatla münasibətlərinin perspektivlərinə dair qiymətləndirmə ötənilki təhlildən fərqlənmir.
Kəşfiyyat xidməti İrəvanın KTMT-nin fəaliyyətində iştirakının bərpa olunması ehtimalının olmamasını təşkilatın nüfuzu ilə bağlı çağırış kimi qiymətləndirir və bunu KTMT-nin digər üzvlərinin nəticə çıxarması üçün əsas hesab edir.