BAKI, 12 yanvar. TELEQRAF

“Avropa İttifaqının (Aİ) bürokratları Gürcüstana qarşı ədalətsiz davranırlar”.

Teleqraf xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

“Bizi ölkəmiz maraqlandırır. Söyləyə bilərik ki, bir neçə aydır, hətta illərdir Gürcüstana qarşı ədalətsiz davranırlar”, - mer bildirib.