BAKI, 9 yanvar. TELEQRAF

Gürcüstan Ermənistanla sərhəddə yollardan birini yük maşınları üçün müvəqqəti olaraq bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Yol Departamenti məlumat verib.

“Axaltsixe-Ninotsminda beynəlxalq yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - açıqlamada bildirilir.

Qərarın səbəbi çətin meteoroloji şəraitlə əlaqələndirilib.

Xatırladaq ki, bu səhər tezdən Lars şəhərinə giriş bütün nəqliyyat növləri üçün bağlanıb.