BAKI, 7 yanvar. TELEQRAF

“Artıq vəziyyət dəyişib, indi Ermənistanın marağı ruslar yox, türklərlə daha yaxın olmaqdır”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Davit Stepanyan deyib.

Ekspert 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinin “ölüm-qalım məsələsi” və ya ölkə üçün sınaq olacağını bildirib:

“Əgər xalq keçmişi seçsə, bu, bizim üçün itkilərlə nəticələnəcək. Rusiya seçkilərdə bütün gücünü sərf edərək, ölkəmizdə qorxu səpməyə davam edəcək. Elə insanlar var ki, bu hökuməti istəmədiklərinə görə Ermənistana zərər verməyə hazırdırlar.

Bəzi qüvvələr hələ də anlamırlar ki, geosiyasi dəyişikliklər baş verib, indi bizim marağımız ruslar yox, türklərlə daha yaxın olmaqdır”.