BAKI, 25 dekabr. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Gürcüstan siyasətçilərinə qarşı sanksiyalara sevinir, amma ABŞ Brüssel nümayəndələrinə qarşı məhdudiyyətlər tətbiq edəndə bu, onları narahat edir”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
“Özlərinə qarşı sanksiyalar xoş gəlmədi, çünki bu, onların özlərinə təsir etmişdi. Bəs başqa ölkələrə qarşı sanksiyalar tətbiq edib sevinəndə bunu necə izah etmək olar? İkili standartlarla üz-üzəyik”, - o bildirib.
ABŞ bundan əvvəl Avropa İttifaqının keçmiş komissarı Tyerri Breton və bir neçə digər şəxsə qarşı viza məhdudiyyətləri tətbiq edib.