BAKI, 25 dekabr. TELEQRAF

“Üç vacib maneənin aradan qaldırıldığına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Buğda idxalına qoyulmuş qadağa aradan qaldırılıb, əvvəlcə Qazaxıstan, sonra isə Rusiya üçün. Daha sonra məlum oldu ki, Ermənistandan əks istiqamətə dəmir yolu ilə hərəkətə heç bir məhdudiyyət yoxdur”, - o qeyd edib.