BAKI, 25 dekabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistandan Azərbaycan və Türkiyəyə dəmir yolunun yenidən qurulması layihəsinin əhəmiyyətindən danışıb.

Teleqraf xəbər verir ki, o, bu məsələni Rusiya ilə də müzakirə etdiklərini bildirib.

“Ümid edirik ki, rusiyalı tərəfdaşlar (dəmir yolunun yenidən qurulması ilə bağlı) işləri mümkün qədər tez yerinə yetirəcəklər. Bununla bağlı hansısa bir maneə və ya sual yaranarsa, bilirsiniz ki, həmin (Mehridən keçən - red.) hissələr Rusiyanın balansındadır. Artıq bəyan etmişəm ki, Ermənistan hökuməti həmin hissələri balansdan çıxara və bərpa işlərini dövlət büdcəsi vəsaiti ilə həyata keçirə bilər, əgər Rusiyanın bu işi vaxtında həyata keçirməkdə problemi varsa və ya görürsə...”- , Paşinyan vurğulayıb.