BAKI, 23 dekabr. TELEQRAF
Azərbaycan qeyri-rəsmi şəkildə Ermənistandan Mehridən keçəcək dəmir yolunun mülkiyyət hüququnun ona təhvil verməsini tələb edir.
Teleqraf xəbər verir ki, bu iddianı erməni politoloq Suren Surenyants səsləndirib.
“Əminəm ki, bu tələb tezliklə danışıqlar prosesinə daxil ediləcək. Məndə olan məlumata görə, Azərbaycan artıq altı aydır bu məsələni Ermənistan qarşısında qaldırır”, - ekspert bildirib.
Surenyants əlavə edib ki, Azərbaycan mülkiyyət hüququnu aldıqdan sonra bu yolun tikintisinə investisiya qoymağa hazırdır.