BAKI, 16 dekabr. TELEQRAF

Ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan yenidən dindirilmək üçün dekabrın 18-də Ermənistan İstintaq Komitəsinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan bildirib.

Samvel Şahramanyan hərbi istintaq orqanı tərəfindən araşdırılan cinayət işinin bir hissəsi olaraq dindirilməyə çağırılıb.