BAKI, 13 dekabr. TELEQRAF

"Gallup International Association"ın Ermənistan nümayəndəliyi noyabrın 27-dən dekabrın 5-dək 1001 respondent arasında sosial sorğu keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, sorğunun nəticələri Ermənistan cəmiyyətində siyasi və ictimai münasibətlərin qütbləşdiyini göstərir.

"Respondentlərin 61,3%-i hesab edir ki, Ermənistanda siyasi məhbuslar mövcuddur, 23%-i isə bunu rədd edir. Siyasi məhbusların mövcudluğu əsasən iş adamı Samvel Karapetyan (64,9%), həmçinin kilsə və müxalifət fiqurları ilə əlaqələndirilir",- məlumatda bildirilib.