BAKI, 12 dekabr. TELE;QRAF
“Rusiya baş nazirinin müavini Aleksey Overçuk açıq şəkildə bəyan edib ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqı (Aİ), həm də Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü ola bilməz. Amma bu dəfə elan konkret iqtisadi təsirlə müşayiət olunur: Ermənistan-Rusiya ticarət dövriyyəsinin kəskin azalması və Rusiya biznesləri arasında Ermənistana qarşı artan ehtiyatlılıq”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Ekspert bildirib ki, Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 12,4 milyard dollardan 6 milyard dollara qədər düşüb və bu, təkcə azalma statistikası deyil:
“Bu, Moskvanın Ermənistanın xarici siyasət manevrlərini təkcə nəzəri deyil, həm də praktiki baxımdan qiymətləndirdiyini göstərən siyasi mesajdır.
Baş nazir Nikol Paşinyan isə bəyan edir ki, hələlik Aİ və AİB arasında seçim etməyin vaxtı çatmayıb. Amma reallıq budur ki, hökumətin xarici siyasət addımları bu seçimi zərurətə çevirir. Avropaya inteqrasiya (Aİ-yə üzvlük) qurtuluş yolu kimi nəzərdən keçirilir.
Ermənistan strateji qeyri-müəyyənlik içində qeyri-müəyyən müddət qala bilməz. Dilemma anı yaxınlaşır, seçim edilməlidir”.