BAKI, 10 dekabr. TELEQRAF

“2026-cı ildə keçiriləcək parlament seçkilərində xalqımızdan yeni mandat aldıqdan sonra Ermənistanın tamamilə yeni Konstitusiyasının qəbulu təşəbbüsü ilə çıxış edəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əminəm ki, xalqımız yeni Konstitusiyanın lehinə səs verəcək, çünki bu, demokratiya, dövlətçilik və müstəqilliyimizin möhkəmlənməsinə aid məsələdir. Əlbəttə, bunun da müəyyən regional və beynəlxalq təsiri ola bilər”, - Paşinyan qeyd edib.