BAKI, 3 dekabr. TELEQRAF
“Əminəm ki, Ermənistan xalqı 2026-cı il parlament seçkilərində sülhü qoruyacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan xalqı seçkilərdə sülhü qoruyacaq. Bir an belə şübhəm yoxdur ki, bunu edəcək, çünki bu, onun öz sülhüdür, övladlarının, ailəsinin, nəvələrinin və nəticələrinin sülhüdür”, - o bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh artıq təmin olunub, indi məqsəd onu qorumaq, gücləndirmək və institutsionallaşdırmaqdır.