BAKI, 3 dekabr. TELEQRAF

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan noyabrın 30-da bir qrup tərəfdarı ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, bağlı qapılar arxasında keçirilən görüşün qısa videosu və bir neçə fotoşəkil yayılıb, müzakirənin məzmunu ilə bağlı məhdud məlumat verilib:

“Bəzi epizodların yaxın günlərdə ictimaiyyətə açıqlanması planlaşdırılır.

Toplantıda iştirak edənlərdən biri nəşrə deyib ki, iclasda ən diqqətçəkən məqam Robert Köçəryana Serj Sərkisyanla bağlı bu sual olub: “Əgər hakimiyyətə gəlsəniz, sizə qarşı mənfi fikirlər formalaşdırdığına görə Serj Sərkisyanı məsuliyyətə cəlb edəcəksinizmi?”.

Robert Köçəryan kobud şəkildə bildirib ki, o səhifəni çoxdan bağlayıb”.

Nəşr R.Köçəryanın qarşıdakı parlament seçkilərində baş nazirliyə iddialı olduğunu da yazıb:

“Keçmiş prezident bu barədə suala birbaşa cavab verməsə də, dipnotlarda seçki siyahısına özünün rəhbərlik edəcəyini açıq şəkildə bildirmiş, tərəfdarlarını çox çalışmağa çağırmışdı”.