BAKI, 24 noyabr. TELEQRAF
“Avropa İttifaqı bürokratiyası ABŞ-nin Ukraynada müharibənin dayandırılmasını ehtiva edən sülh planını rədd edərək, müharibənin tərəfinə çevrilib”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamenti sədrinin birinci müavini Georgi Volski deyib.
“Gəlin Brüssel bürokratiyasını bu şərtlər daxilində müharibəni dayandırmağa razılıq verməkdən imtina edən “müharibə partiyası” adlandıraq. Buna görə də Vaşinqtonun praqmatik təklifi onlar üçün qəbuledilməzdir. Belə çıxır ki, ölkədə qan tökülməsi və dağıntıların davam edib-etməməsinə Ukrayna deyil, Avropa bürokratiyası qərar verməlidir”, - o bildirib.
G.Volski əlavə edib ki, Ukraynanın əvvəllər Rusiya ilə sülh sazişi imzalamaq şansı olub, amma Aİ və ABŞ-nin keçmiş administrasiyası (Co Bayden) buna mane olub.