BAKI, 21 noyabr. TELEQRAF

“Avropa İttifaqı tərəfindən qəbul edilən biabırçı qərarların sayı artır və bu, Gürcüstana qarşı subyektiv və qərəzli yanaşmanı nümayiş etdirir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Prosedurlar Komitəsinin sədri Davit Matikaşvili deyib.

Komitə rəhbəri hesab edir ki, Brüssel Gürcüstanla dialoqun qarşısını alır.

“Brüssel Gürcüstanla dialoqun qarşısını alır, ölkənin malik olduğu arqumentlərə, xüsusən də insan hüquqlarının qorunması ilə bağlı olanlara cavab verməkdən qorxur. Dialoqu təxirə salmaq və ya dayandırmaq üçün uydurma səbəblər gətirirlər. Bu, Avropaya şübhələri azaltmağa kömək etmir, bu isə gürcü cəmiyyətində Avropa bürokratiyanın yanlış siyasəti nəticəsində yaranıb”, - Davit Matikaşvili bildirib.