BAKI, 20 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan üçün gündəmin bir nömrəli məsələsi katolikos II Qareginin Eçmiədzin kafedralından çıxarılmasıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, baş nazir məqsədinə nail olmaq üçün təzyiqləri getdikcə sərtləşdirəcək:
“Hökumət mənbələrindən əldə etdiyimiz məlumata görə, katolikosun ciddi bir səhvini aşkar ediblər. Bir sözlə, yaxın gələcəkdə kilsədaxili məsələlər kontekstində kilsə və katolikosa təzyiqlər artacaq”.