BAKI, 14 noyabr. TELEQRAF

TRIPP və ya “Tramp yolu” layihəsi bir neçə dəmir yol xətti, elektrik ötürücü xətlər, neft-qaz boru kəmərləri, kabellər, həmçinin digər nəqliyyat əlaqələri və yolları əhatə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

Baş nazir dəmir yolunun sovet dövründə mövcud olmuş xətt üzrə keçəcəyini bildirib. Söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı marşrutdan gedir.

“Bundan başqa, yerdə olanlar bilirlər ki, relyef baxımından ərazi hətta dəmir yolu üçün də kifayət qədər məhduddur, bütün infrastruktur və layihələri burada həyata keçirmək mümkün deyil. Bu, əlbəttə, texniki-iqtisadi araşdırma mövzusudur; məsələn, qaz-neft boru kəməri, elektrik ötürücü xətləri daha əlverişli və texniki-iqtisadi baxımdan effektiv olan digər marşrutlar vasitəsilə həyata keçirilə bilər”, - Paşinyan qeyd edib.