BAKI, 13 noyabr. TELEQRAF
Ermənistan parlamentinin sədri Alen Simonyan “İmnemnimi” podkastında səsləndirilən təhqiramiz ifadələr və hədələrlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.
Teleqraf xəbər verir ki, bu barədə mediaya spikerin mətbuat katibi Movses Arutyunyan məlumat verib.
Xatırladaq ki, başlanmış cinayət işi çərçivəsində podkastın aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyan bu gün saxlanılıb.