BAKI, 12 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın hakimiyyətdə olarkən Qarabağla bağlı apardığı danışıqlar sənədlərini yayımlayacağı ilə bağlı bəyanatından danışıb.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
Baş nazirin sözlərinə görə, ilin sonuna kimi nəyin dəyişdiyini, niyə belə dediyini düşünüb öyrənəcəklər: “Bunun səbəbi var. İlin sonuna kimi ATƏT-in Minsk qrupu de-yure buraxılacaq və biz həmin sənədləri dərc etməkdə sərbəst olacağıq”.
Xatırladaq ki, Ermənistan Baş naziri noyabrın 8-də Serj Sərkisyanın hakimiyyətdə olarkən Qarabağla bağlı Azərbaycanla apardığı danışıqlara dair sənədləri ilin sonuna qədər yayımlayacağını bəyan etmişdi.