BAKI, 6 noyabr. TELEQRAF

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan məlumat verib.

“Dünən axşam saatlarında Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan qəfildən Korrupsiya qarşı Mübarizə Komitəsinə çağırılıb”, - o qeyd edib.

Makinyan bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Komitəsi 2019-cu ildə baş vermiş insident səbəbindən keçmiş prezidentin Ermənistandan çıxışını məhdudlaşdırıb.