BAKI, 23 oktyabr. TELEQRAF

“Gürcüstanın radikal müxalifətı xarici agentlərin birliyidir və onlar öz ağaları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Bu, ölkə və xalqa xəyanətdir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Radikal müxalifət xarici agentlərin birliyidir və onlar öz ağaları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Bu, öz ölkəsinə və xalqına xəyanətdir. Cəmiyyət bunu çox yaxşı bilir və məhz buna görədir ki, iki ildir ardıcıl olaraq 1 milyon 100 mindən çox seçici hakim partiyanı dəstəkləyir və bir daha radikalizm və xarici agentliyə “yox” deyir”, - baş nazir vurğulayıb.