BAKI, 22 oktyabr. TELEQRAF

Arxiyepiskop Natan Ovannisyan dünən axşam saatlarında Ermənistan İstintaq Komitəsinə çağırılıb və dindirilib.

Teleqraf xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.

Ovannisyan internetdə yayılan səs yazısı ilə bağlı daxil olan məlumatla bağlı başlanmış cinayət işinin ibtidai istintaqı zamanı dindirilib.

Qeyd edək ki, internetdə 2023-cü ilin oktyabrında arxiyepiskop Natan Ovannisyan və katolikos II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyana aid söhbətin səs yazısı yayılıb. Səs yazısından belə anlaşılır ki, II Qaregin bəzi din adamlarını hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmağa məcbur edib, bəzi ruhani şəxslər isə buna qarşı çıxıb. Artıq məsələ ilə əlaqədar cinayət işi açılıb və üç yüksək vəzifəli din adamı həbs olunub.