BAKI, 21 oktyabr. TELEQRAF
Hüquq-mühafizə orqanlarının əməkdaşları son iki gündə Tbilisidə keçirilən kiçik etiraz aksiyalarının daha 14 iştirakçısını yolun bağlanmasını qadağan edən yeni qanunu pozduqlarına görə saxlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə brifinqdə Tbilisi Polis İdarəsinin rəisi Vaja Siradze məlumat verib.
“Son iki gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları toplaşma və nümayişlərin keçirilməsi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 14 nəfəri saxlayıblar”, - Siradze bildirib.
Siradze həmçinin qeyd edib ki, son üç gündə keçirilən etiraz aksiyaları zamanı 53 qanun pozuntusu aşkarlanıb. Müəyyən edilmiş 42 nəfərdən bəziləri artıq saxlanılıb. Polis rəisi onu da söyləyib ki, yeni qanuna əsasən, təkrar cinayət törədənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.