BAKI, 17 oktyabr. TELEQRAF

Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində aparılan araşdırmalar çərçivəsində X.Abovyan adına Dövlət Pedaqoji Universiteti rektoru Srbuhi Gevorqyan və prorektor həbs edilib.

Teleqraf xəbər verir ki, onlar müxtəlif universitet əməkdaşlarından ibarət cinayətkar dəstə yaratmaqda və ona rəhbərlik etməkdə, külli miqdarda mənimsəmə və dələduzluq etməkdə, habelə rüşvət almaqda ittiham edilirlər.

Komitədən bildirilib ki, cinayət işi çərçivəsində universitetin bir sıra digər əməkdaşları da həbs olunub.