BAKI, 8 oktyabr. TELEQRAF

Rusiya Müdafiə Nazirliyi Azərbaycan, Qazaxıstan və İrana gəmiçilik və dəniz iqtisadi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi təcrübəsinin həyata keçirilməsi məqsədilə 2026-cı ildə hərbi təlimlər keçirməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu gün Sankt-Peterburqda Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dəniz qüvvələrinin komandirləri görüşüb və müzakirələr aparıblar.

Rusiya Müdafiə Nazirliyinin görüşlə bağlı bəyanatında deyilir: “Bu görüşdə Rusiya tərəfi gəmiçilik və dəniz iqtisadi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi təcrübəsini həyata keçirmək məqsədilə Xəzər dənizi ölkələrinin donanmalarının 2026-cı ildə keçiriləcək çoxtərəfli hərbi dəniz təlimində iştirakını təklif edib”.

Təlim həm də Xəzər dənizində axtarış-xilasetmə əməliyyatlarında əməkdaşlığın praktikası üçün nəzərdə tutulub.