BAKI, 3 oktyabr. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat marşrutlarının açılması mütləq yaxın gələcəkdə baş tutacaq”.
Teleqraf xəbər verir ki. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün dağ-mədən sənayesi forumunda çıxışı zamanı bəyan edib.
“Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh və gözlənilən regional infrastruktur və nəqliyyat marşrutlarının açılışının yaxın gələcəkdə baş tutması, xüsusilə mədənçıxarma sektorunda yeni imkanlar açacaq”, - o vurğulayıb.