BAKI, 2 oktyabr. TELEQRAF
“Avqustun 8-də Vaşinqtonda - Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı və sülh bərqərar oldu”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.
“Ermənistan-Azərbaycan sərhədində son 1 il 7 ayda bir nəfər də olsun əsgər həlak olmayıb. Bu (atəşkəsin pozulması), sülhə ən böyük maneə idi. İndi bizim vəzifəmiz 1 il 7 ayı 17 il, 50 il, 100 ilə çevirməkdir”, - deputat bildirib.